İranın İsfahan vilayətinin Natanz şəhərində 5 bal gücündə zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.
Zəlzələ 10 kilometr dərinlikdə baş verib.
Qızıl Aypara Cəmiyyətinin qrupları zəlzələ baş verən əraziyə göndərilib.
Hazırda tələfat və dağıntılar barədə məlumat yoxdur.