Bakı. Trend:
Bakı Beynəlxalq Avtovağzal Kompleksindən iki gün ərzində 28minədək sərnişin daşınıb.
Bu barədə Trend-ə Azərbaycan Yerüstü NəqliyyatAgentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, ölkənin bütün avtovağzal və avtostansiyalarımartın 19-dan gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
"Gücləndirilmiş rejimin iki günü ərzində rekord göstəricilərqeydə alınır. Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK)müxtəlif istiqamətlərdə həyata keçirilən 760 reyslə 27 832 sərnişindaşınıb.
Rejimin ikinci günü BBAK-dan 374 reys həyata keçirilib, 13 824sərnişin rahat və təhlükəsiz şəkildə mənzil başına çatdırılıb.
Adi günlərlə müqayisədə sərnişin tələbatını qarşılamaq üçünəlavə olaraq 135 reys həyata keçirilib.
Sərnişinlərin 48%-i biletlərini onlayn qaydada “biletim.az”portalından əldə edərək səfərlərini reallaşdırıb", - qurumdan qeydedilib.