AZ

Yük avtomobili yol hərəkət nişanına çırpılıb - FOTO/VİDEO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Şabran rayonu yaxınlığından keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

İdarəetməni itirən yük avtomobili yolun kənarındakı yol hərəkət nişanına və dəmir arakəsməyə çırpılıb. Nəticədə avtomobilin kabinə hissəsi parçalanıb. 
Bu barədə sosial şəbəkələrdə paylaşım edilib.

Xəsarətlər barədə məlumat yoxdur.

Aydın Adıgözəlov,
Şabran, "İki sahil" üçün

Seçilən
213
ikisahil.az

1Mənbələr