AZ

Tovuzda bir neçə gün evdə tək qalan körpə anasına verilib?

"Tovuzda anası tərəfindən tərk edilmiş, ac, susuz qalan 1 yaş 2 aylıq körpə anasına verilməyib".

"Unikal" xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.

"Uşaq hazırda xəstəxanadadır, Bakıya köçürüləcək. Biz uşağı müvəqqəti Azərbaycan Uşaqlar Birliyinin sığınacağına qəbul etməklə bağlı məlumatı aidiyyatı qurumlara vermişik", - deyə K.Ağazadə qeyd edib.

Seçilən
141
3
unikal.az

4Mənbələr