Dəmirörən Xəbər Agentliyinin (DHA) Kayseri bürosunun keçmiş rəhbəri, tanınmış jurnalist Oktay Ensari (68) müalicə aldığı xəstəxanada vəfat edib.
Moderator.az "Haber Global"a istinadən xəbər verir ki, bir müddətdir özəl xəstəxanada müalicə alan Türkiyə İdman Yazarları Dərnəyinin Kayseri şöbəsinin sədri Oktay Ensari bu gün səhər saatlarında dünyasını dəyişib.
1957-ci ildə anadan olan Oktay Ensari jurnalist fəaliyyətinə hələ orta məktəb illərindən başlayıb. O, “Ülkər”, “Hakimiyyət”, “Milli Ülkü” və “Kayseri Haber” kimi nüfuzlu qəzetlərdə çalışıb. 1978-ci ildə işə başladığı Hürriyyət Xəbər Agentliyində uzun illər fəaliyyət göstərib. Daha sonra adı Doğan Xəbər Agentliyi, ardınca isə Dəmirörən Xəbər Agentliyi olaraq dəyişdirilən bu media qurumunda 40 il ərzində çalışıb və nəhayət, DHA-nın Kayseri büro rəhbəri vəzifəsindən təqaüdə çıxıb.
Kayseri Jurnalistlər Cəmiyyətinin qurucu üzvlərindən və keçmiş sədrlərindən biri olan Ensari, eyni zamanda Türkiyə İdman Yazarları Dərnəyinin Kayseri şöbəsinin sədri kimi fəaliyyət göstərirdi.