Bakı, 21 mart, AZƏRTAC
Paytaxtın Suraxanı rayonu ərazisində bir nəfərin “Khazar” markalı avtomobilinin qaçırılması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən AZƏRTAC-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş X.Qayıbov müəyyən olunaraq saxlanılıb.
Paytaxtın Nizami rayonunda da motosiklet qaçırmaqda şübhəli bilinən 3 nəfər polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.