AZ

Ukrayna Rusiyanın neft bazasını vurdu

Rusiyanın Krasnodar vilayətində neft bazasında ikinci partlayış baş verib və yanğın 10 min kvadratmetr ərazini əhatə edib.

“Cebheinfo.az” xəbər verir ki, Krasnodar vilayəti Fövqəladə Hallar Nazirliyi martın 19-da etibarən pilotsuz uçuş aparatının hücumu nəticəsində neft anbarının yandığını açıqlayıb. 

Məlumata görə, ötən gecə anbarda yeni partlayış baş verib və iki nəfər yaralanıb. Yanğının 10 min kvadratmetr sahəyə yayıldığı bildirilir.

Açıqlamada, həmçinin qeyd olunub ki, 456 nəfər və 181 texnika yanğınsöndürmə işlərini davam etdirir.

Seçilən
36
cebheinfo.az

1Mənbələr