"Tovuzda anası tərəfindən tərk edilmiş, ac, susuz qalan 1 yaş 2 aylıq körpə anasına verilməyib".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə paylaşım edib.
"Uşaq hazırda xəstəxanadadır, Bakıya köçürüləcək. Biz uşağı müvəqqəti Azərbaycan Uşaqlar Birliyinin sığınacağına qəbul etməklə bağlı məlumatı aidiyyəti qurumlara vermişik", - deyə K.Ağazadə qeyd edib.