“Vaxtaşırı atəşkəs rejiminin pozulması ilə bağlı yayılan məlumatlara baxmayaraq, 2024-cü il ərzində Ermənistan-Azərbaycan sərhədində nisbətən sabit əməliyyat vəziyyəti qorunub saxlanılıb”.
“Cebheinfo.az” xəbər verir ki, Ermənistanın müdafiə naziri Suren Papikyan Milli Məclisdə çıxışı zamanı belə deyib. “Ermənistan Respublikası silahlı qüvvələrində köklü sistem islahatlarının həyata keçirilməsinin əsas istiqamətlərini müəyyən etmək üçün ordunun transformasiyası konsepsiyası hazırlanıb, təsdiq edilib və 2024-cü ildə dərc edilib və konsepsiyadan irəli gələn fəaliyyət planı da hazırlanıb”,-deyə nazir o qeyd edib.
Papikyanın sözlərinə görə, silah və hərbi texnikanın müasirləşdirilməsi və yeni modellərin əldə edilməsi məqsədilə bir sıra rezident və qeyri-rezident şirkətlərlə silah və hərbi texnikanın tədarükünə dair müqavilələr imzalanıb, mühəndis-armatur işləri davam etdirilib, daimi yaşayış məntəqələrində tikinti və abadlıq işləri aparılıb.