AZ

Xamenei: "ABŞ bilməlidir ki, təhdidlərlə heç bir yerə çatmayacaq"

İran lideri Ayətullah Əli Xamenei ABŞ-ın təhdidlərlə heç bir yerə çatmayacağını bildirərək, “Biz münaqişəni heç vaxt başlatmamışıq, amma kimsə başlayarsa, bilsinlər ki, onlara ağır sillə vurulacaq” deyib.

Turkustan.az xəbər verir ki, Xamenei İran təqvimi ilə yeni ilin başlanğıcı olan Novruz bayramı münasibətilə cəmiyyətin müxtəlif təbəqələrindən olan bir qrup yüksək səviyyəli siyasi və hərbi rəsmiləri qəbul etdiyi Tehrandakı iqamətgahında keçirdiyi görüşdə çıxış edib.

Keçən il Hizbullah lideri Həsən Nəsrullah və HƏMAS lideri İsmayıl Haniyə kimi mühüm şəxslərin İsrailin hücumlarında həyatını itirdiyini xatırladan Xamenei bu hadisələrin ölkəsi üçün böyük faciə olduğunu bildirib.

ABŞ prezidenti Donald Trampın təhdidlərinə münasibət bildirən Xamneyi, "Amerikalılar bilməlidirlər ki, İrana qarşı təhdidlərlə heç bir yerə çatmayacaqlar"- deyə, bildirib.

Bölgədə İran tərəfindən dəstəklənən milis qruplarının və Yəməndə husilərin Tehranın vəkil olması ilə bağlı qiymətləndirməni rədd edən Xamenei deyib: *ABŞ və Avropa siyasətçiləri regional müqavimət qüvvələrini İranın etibarlı qüvvələri kimi qələmə verməklə səhv edirlər. Yəmən və onun müqavimət qüvvələri öz motivlərini rəhbər tutaraq öz təşəbbüsləri ilə hərəkət edirlər. Region ölkələrindəki müqavimət mərkəzləri də belədir. İrana vəkil lazım deyil".

Aytən Yaşar/ Turkustan.az

Seçilən
15
turkustan.az

1Mənbələr