AZ

Bayram günlərində neçə nəfər qidadan zəhərlənib?

Bayram günlərində 12 nəfər qidadan zəhərlənib.

 

Sfera.az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd bu barədə bildirib.

 

"Bayram günlərində (18.03.2025-ci il tarixindən 21.03.2025-ci il tarixinə qədər) qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə 12 nəfər qəbul edilib.

 

Onlarda ürəkbulanma, qusma və mədə şikayətləri olub.

 

Müraciət edən şəxslərə zəruri tibbi xidmətlər göstərilib. Ölüm halı qeydə alınmayıb", - o qeyd edib.

Seçilən
97
10
sfera.az

10Mənbələr