
İstanbul Böyükşəhər Bələdiyyəsində (İBB) terror və mütəşəkkil cinayətlərlə bağlı aparılan istintaq işi çərçivəsində saxlanılanların sayı 88-ə çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Haber Global” məlumat yayıb.
Məlumata görə, korrupsiya istintaqı çərçivəsində İBB sədri İmamoğlu da daxil olmaqla 83 şübhəlinin saxlanıldığı, 9 şübhəlinin axtarışa verildiyi, 7 şübhəlinin isə xaricdə olduğu müəyyən edilib.
Digər tərəfdən, İstanbul Respublika Prokurorluğunun terror təşkilatı PKK/KCK-ya yardım etdiyinə görə başladığı istintaqda İmamoğlu da daxil olmaqla 7 şübhəlidən 4-nün saxlanıldığı, 3 şübhəlinin isə axtarışda olduğu müəyyən edilib.
Eyni zamanda bələdiyyədən 60-dan çox tender aldığı deyilən Murat Onguna yaxın şəxslərdən Emrah Bağdatlının martın 5-də ABŞ-a getdiyi müəyyən edilib.
İBB sədri Əkrəm İmamoğluna ev satışı ilə gündəmə gələn iş adamı Əli Nuhoğlu isə evində saxlanılıb.