AZ

Adamın adı və sözün dadı

Dostlar, mən həmişə demişəm, indi də təkrar edirəm: bizdə sözün dadı heç kimi maraqlandırmır, hamı sözü deyənin, ya yazanın adını axtarır. Eyni fikri deputat, ya bir məmur gündəmə gətirsə, hamı ayağa qalxır, əl çalır. Amma həmin fikri cəmiyyətdə yaxşı tanınmayan, ya yaxşı qəbul olunmayan bir nəfər söyləsə, hamı fit şalır, adamı Linç etməyə hazırdır.

Hamının yaxşı tanıdığı yazıçı, professor, rektor Kamal Abdulla təqdimat mərasimlərinin birində çıxış edib və dilimizin qorunması barədə, yumşaq desək, mübahisəli fikirlər söyləyib: "Bu gün cəmiyyətdə dilimizlə bağlı mənası olmayan mübahisələr gedir. "Azərbaycan dili əldən gedir", "dilimizi qoruyaq" və s. Dilin qorunmağa ehtiyacı yoxdur... Bir dil kiminsə yanında 3 nəfərin başqa dildə danışması ilə əldən gedəcəksə, dünəndən əldən getsə yaxşıdır"...

Həmişəki kimi, ölkənin alimindən tutmuş yazıçısına kimi, hamı professoru alqışlayır, onun fikrini "əsl müdrik ziyalı baxışı, mütəxəssis dünyagörüşü" hesab edir. Axı, təxminən eyni fikirləri bir az əvvəl, bir az kobud formada Ayaz Salayev də gündəmə gətirmişdi. Demişdi ki, "kim hansı dildə istəyir oxumalı, hansı dildə istəyir, danışmalıdır. Məsələn, mən rus dilində oxumuşam, nailiyyət qazanmışam, danışaram... Bir dil 3-5 nəfərin başqa dildə danışması ilə ölüb gedəcəksə, dünəndən ölüb getsə yaxşıdır". Amma camaat Ayaz Salayevi lənətləyirdi, Linç etməyə hazır idi...

Qalib Arif

visiontv.az



Seçilən
0
visiontv.az

1Mənbələr