Millətlər Liqasının dünən keçirilən Gürcüstan - Ermənistan matçı başa çatan kimi tribunalarda gərginlik yaşanıb.
QOL.az xəbər verir ki, matç bitən kimi sektorlatda gürcü və erməni fanatlar arasında iğtişaş baş verib. Xəsarət alan olmayıb.
“Exo-Kafkaz”ın xəbərinə görə, hadisəyə görə UEFA-nın təşkilatçı tərəf Gürcüstan Futbol Federasiysını cəzalandıracağı gözlənilir.
Qeyd edək ki, dünənki matçda Gürcüstan millisi 6:1 hesabı ilə qalib gəlib. Onlar səfərdəki ilk görüşdə də rəqiblərini məğlubiyyətə uğratmışdılar (3:0). Gürcüstan bu qələbə sayəsində Millərlər Liqasında B liqasında qalıb.