Azərbaycan yunan-Roma güləşçilərinin toplanışına bu gün start verilib.
İdmanxeber.az Güləş Federasiyasının mətbuat xidmətinə istinadən məlumatına görə, komanda Avropa çempionatına hazırlıq məqsədi daşıyan toplanışı Bakıda – Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında keçir.
Sərbəst güləş üzrə yığma geniş heyətlə Qubada təlim-məşq toplanışını davam etdirir. Martın 19-da başlayan hazırlıq prosesi aprelin 2-dək davam edəcək. Quba Olimpiya İdman Kompleksində təşkil olunan toplanışa gənclərdən ibarət milli də qatılıb.
Yunan-Roma və qadın güləşi üzrə yığmalar da məsul yarışın son hazırlığını Bakıda – Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında davam etdirir. Qadınların məşqləri martın 22-də start götürüb və aprelin 7-də yekunlaşacaq.
“Klassiklər” aprelin 9-dək hazırlığı davam etdirəcəklər.
Qeyd edək ki, Avropa çempionatı aprelin 7-dən 13-dək Slovakiyanın paytaxtı Bratislavada keçiriləcək.