AZ

Türkiyədə bayrama görə təqaüdçülərə 4000 TL pay veriləcək

Ulusal.az xəbər verir ki, Türkiyədə milyonlarla (16 milyona yaxın) təqaüdçünün səbirsizliklə gözlədiyi Ramazan Bayramı mükafatının veriləcəyi tarix dəqiqləşib. Sosial Müdafiə Təşkilatı ödənişlərin bu gündən başlayacağını açıqlayıb.

Təqaüdçülərə bu il Ramazan bayramında 4 min lirə (185 AZN) mükafat veriləcək.

Bayram mükafatları ilkin olaraq 3 min lirə (139 AZN) olaraq hesablara yatırılacaq. Mükafat məbləğinin artırılması ilə bağlı qanun layihəsi parlamentdə qəbul edildikdən sonra “Resmi Gazete”də dərc olunacaq. Bundan sonra fərq məbləğləri ödəniləcək.

Seçilən
65
moderator.az

1Mənbələr