Türkiyədə İstanbul Böyük Şəhər Bələdiyyə sədri Əkrəm İmamoğlunun korrupsiya ittihamı ilə həbsindən sonra etirazlar davam edir.
Axar.az NTV-yə istinadən xəbər verir ki, ötən axşam Saraçhanedə keçirilən aksiyadan sonra etirazçılarla təhlükəsizlik qüvvələri arasında insident yaşanıb.
Polis nümayişçilərə gözyaşardıcı qaz və plastik güllələrlə müdaxilə edib.
Ümumilikdə 72 nəfər saxlanılıb. Onlardan 9-nun jurnalist olduğu bildirilib.