İraqın neft naziri Həyan Əbdülğəni deyib ki, İran tankerləri İraqa aid edilən saxta sənədlərdən istifadə edərək sanksiyalardan yayınırlar.
O, İraq hökumətinin bu məsələ ilə bağlı ABŞ-ı məlumatlandırdığını və bu sənədlərin İraqın rəsmi qurumları ilə heç bir əlaqəsinin olmadığını vurğulayıb.
“İran neft tankerləri ABŞ sanksiyalarının gücləndirilməsi ilə birlikdə və Amerika hərbi və nəzarət gəmiləri tərəfindən aşkarlanmamaq məqsədi ilə saxta İraq sənədlərindən və ya bu ölkəyə aid sənədlərdən istifadə edirlər”, - deyə, nazir vurğulayıb.
visiontv.az