DÇ-2026-nın final mərhələsinin daha bir iştirakçısı müəyyənləşib.
QOL.az xəbər verir ki, Yeni Zelandiya milli komandası futbol üzrə dünya çempionatının beşinci iştirakçısı olub. Yeni zelandiyalılar seçmə mərhələnin finalında Yeni Kaledoniyanı 3:0 hesabı ilə məğlub edərək turnirin final mərhələsinə vəsiqə qazanıblar.
Hazırda qarşıdakı turnirdə iştirak hüququ olan digər 4 komanda isə Yaponiya və yarışın ev sahibləri olan ABŞ, Kanada və Meksikadır.
Qeyd edək ki, 2026-cı il dünya çempionatı 48 komandanın iştirakı ilə ABŞ, Kanada və Meksikada keçiriləcək.