AZ

Qubada “Prius” ağacı AŞIRDI

Quba-Xaçmaz yolunun Qubanın Zərdabi qəsəbəsindən keçən hissəsində Xaçmaz istiqamətinə gedən "Toyota Prius"markalı avtomobil ağaca dəyib.

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, zərbənin təsirindən ağac aşıb, avtomobil isə yararsız hala  düşüb.

Sürücü aldığı xəsarətlərlə rayon xəstəxanasına çatdırılıb.

Qəzanın səbəblərini Quba polis şöbəsi araşdırır.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

Seçilən
16
bizim.media

1Mənbələr