AZ

Rusiyada yeni QANUN – Hamilə qalan məktəbli qızlara 100 min VERİLƏCƏK

Rusiya Federasiyasının Oryol vilayətində hamiləlik üçün qeydiyyatdan keçən məktəbli qızlara 100 min rubl ödəniləcək.

Bizim.Media xəbər verir ki, bu barədə vilayət qubernatoru Andrey Klıçkov fərman imzalayıb.

Məlumata görə, dekabr ayından etibarən Klıçkov hamilə tələbələr üçün 100 min rubl ödənişlər tətbiq edib.

İndi fərmana əsasən, ödənişlər təkcə texnikum və ali məktəblərdə deyil, rayonun ümumi təhsil təşkilatlarında təhsil alan qızlara da şamil olunacaq.

Regional hakimiyyət daha əvvəl qeyd etmişdi ki, tədbir “Orel vilayətində demoqrafik vəziyyəti yaxşılaşdırmaq, doğum səviyyəsini dəstəkləmək və bölgədəki ailələr üçün layiqli həyat keyfiyyətini təmin etmək” məqsədi daşıyır.
 

Qız tələbələr üçün oxşar tədbir Rusiya Federasiyasının Kareliya və Xabarovsk diyarı kimi, digər bölgələrində də qüvvədədir. Həmin bölgələrə də hamilə qalan məktəblilərə 100 min rubl birdəfəlik ödəmə nəzərdə tutulub.


Xatırladaq ki, 2025-ci ilin yanvarında Rusiya prezidenti Vladimir Putin hökumətə tam zamanlı tələbə qızlar üçün analıq müavinətlərinin regional yaşayış minimumuna qədər artırılması üçün qanunvericiliyə dəyişiklik etməyi tapşırıb. Hal-hazırda, müavinət təqaüdün ölçüsünə əsasən müəyyən edilir və bütün dövr üçün on ilə 23 min rubl arasında dəyişir.

Bizim.Media

Seçilən
8
bizim.media

1Mənbələr