İrəvanda azərbaycanlılar kütləvi şəkildə əmlak alırlar. Bu barədə erməni telegram kanllarında məlumat yayılıb. Ulusal.az xəbər verir ki, insanların təşvişinə cavab olaraq erməni iqtisadçı Tadevos Avetisyan bu barədə məqalə ilə çıxış edib.
İqtisadçı bildirib ki, 2023-cü və 2024-cü illər ərzində Türkiyə və İran vətəndaşlarını Ermənistan əmlak almaları və yaxud zavod və fabrik açmalır statistikada öz əksini tapıb.
“Son iki il ərzində statistikadan göründüyü kimi bu iki ölkənin vətəndaşları ümumilikdə 23 əmlak alıblar. Amma statistikadan gizlədilən rəqəmlər var. Belə ki, son iki il ərzində İran vətəndaşı olan və əsasən azərbaycanlılar ölkəmizdə kütləvi olaraq əmlak sahibi olurlar. Onlar daha çox restoran və yaşayış evləri alırlar. Heç kim faktı inkar edə bilməz. Bu gün İrəvanın mərkəzində ən çox müştəeisi olanlar elə azərbaycanlıların işlətdiyi restoranlardır. Bundan əlavə Türkiyədən gələn erməni kökənli iş adamları da İrəvanda və ətraf ərazilərdə əmlak alıblar. İrandan gələn azərbaycanlıların burada əmlak sahibi olması hökumət üçün həyacan təbili olmalıdır. İrəvanın mərkəzində mahnı oxuyanlar, restoran açanlar bir neçə ildən sonra buranın sahibi olacaqlar”- deyə Tadevos Avetisyan bildirib.