AZ

Gürcüstandakı etiraz aksiyaları nəticəsində parlamentə dəyən ziyan açıqlanıb

Bakı. Trend:

Ötən ilin noyabr-dekabr ayında Gürcüstanda keçirilən etirazaksiyaları ölkənin parlamentinə 500 min lariyə yaxın (təxminən 306min manat - red.) ziyan vurub.

Trend xəbər verirki, bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili bəyanedib.

"Parlamentə yarım milyon lariyə qədər ziyan dəyib. Bunun yalnız130 min larisi artıq ödənilib. Hazırda bəzi məsələlər ekspertizadankeçir və yekun qiymətləndirməni gözləyirik. Bizim hesablamalarımızagörə, Gürcüstan parlamentinə dəyən ümumi ziyan təxminən 500 minlari təşkil edir", - deyə Papuaşvili brifinqdə bildirib.

Parlamentin spikerinin sözlərinə görə, etirazlar zamanı, xüsusəndə pirotexnika vasitəsilə parlamentin bir otağına od vurulması hərkəsin gözü qarşısında baş verib.

Məqalədə:
Seçilən
17
az.trend.az

1Mənbələr