AZ

Türkiyədə jurnalistlər də həbs edildi – SİYAHI

İstanbul Böyükşəhər Bələdiyyə Başçısı Əkrəm İmamoğlunun saxlanmasından sonra başlayan etirazlarla əlaqədar bu gün səhər saatlarında jurnalistlər də daxil olmaqla çox sayda saxlanılanlar var.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Sözcü” qəzeti məlumat yayıb.

İstanbulda mərkəzləşən əməliyyatlarda bu gün səhər saatlarında polisin ev basqınları zamanı aralarında jurnalistlər də daxil olmaqla çox sayda insan saxlanılıb.

Jurnalistlər Ali Onur Tosun, Zeynep Kuray, Bülent Kılıç, Yasin Akgül, Hayri Tunç, Kurtuluş Arı, BirGün yazarı Barış İncə də daxil olmaqla çox sayda insan səhər saat 06:00-da keçirilən əməliyyatla evlərindən aparılıb. Fotojurnalist Murat Kocabaşın bu gün səhər saatlarında İzmirdəki evindən saxlanıldığı bildirilib.

 

Dəniz Pənahova

Seçilən
5
tribunainfo.az

1Mənbələr