Klubda da dəfələrlə eyni şəkildə cəzalandırıldığını nəzərə alsaq, onu qınayanlar çoxdu. Biz Elvin kimi vərəqə almağa meyilli Aslan Kərimova müraciət etdik:
“Bəzən emosiyaları saxlamaq mümkün olmur. Onu meydanda olmayan insanlar başa düşməz. Qıraqdan baxan insanlar “təmkinli ol, səbirli ol” desələr də, heç kim fikirləşmir ki, 90 dəqiqə oynadığın oyunda belə reaksiya normal haldı. Elvini qınayanlar peşəkar futbolçu olmasalar da, əminəm ki, “Azfar”da oynayırlar və onlar Elvindən daha çox aqressiv olurlar. Belə hallar futbolda olur. Birinci sarı vərəqə alanda ehtiyatlı olmaq lazımdı. İstənilən qayda pozuntusu ikinci sarı vərəqəyə gətirib çıxara bilir. Birbaşa qırmızı vərəqəyə nəzarət etmək mümkündü, birinci sarı alandan sonra ikinci sarı vərəqəyə nəzarət etmək qeyri-mümkündü.Biz futbolçuları laqeyd qalmamağa, aqressiv olmağa çağırırıq, belə olanda da tənqid edirik. Belə baxanda Elvin çox da qırmızı vərəqə almayıb. Top səviyyəli klublarda müdafiəçilər Elvindən çox qırmızı vərəqə alır. 3:0 uduzmağımızın səbəbi Elvinin qırmızı vərəqə alması deyil. Sözüm bütün jurnalistlərədi: oyunçularımız sarı, qırmızı vərəqə almasa, həyəcan təbili çalmalıyıq. Əsasən də yarımmüdafiədə, meydanın mərkəzində”.
MÜZƏFFƏR QULUZADƏ