"Danlşıqlar prosesinin intensivləşdiyi, hər hansı sülh razılaşmasına yaxın olan ərəfədə Ermənistanın təxribatlara əl atması, bu prosesə mane olmasına artıq öyrəşmişik. Qarabağ müharibəsi başlayandan İrəvan eyni metodologiyadan istifadə edib. Bu gün də Ermənistan eyni ampluadadır".
Bu fikirləri Newscenter.az-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı son həftələrdə Ermənistanın intensiv şəkildə atəşkəsi pozmasına münasibət bildirərkən səsləndirib. İctimai Birlik sədri deyib ki, Ermənistan bu cür təxribatlarla sülhə hazır olmadığını nümayiş etdirir:
"Əslində indiki situasiyada sülh müqaviləsi imzalamaq Azərbaycana da sərf etmir. Çünki Azərbaycanın irəli sürdüyü Ermənistan Konstitusiyasının dəyişdirilməsi şərtinə qarşı tərəf hələ ki, əməl etmir. Elə şərti sərhəddə törədilən təxribatlar, atəşkəsin sistemli şəkildə pozulması ona hesablanıb ki, Azərbaycan yeni bir müharibə baş verəcəyi ehtimalından ehtiyatlanaraq bu şərtindən geri çəkilsin. Ancaq dövlət başçımız Cənab İlham Əliyevin də dediyi kimi Ermənistan Konstitusiyası dəyişdirilmədən hansısa sülhdən danışmaq mənasızdır".
Arzuman Muradlı hesab edir ki, Ermənistan bu kimi təxribatlarla özünü çətin duruma salır:
"İrəvan deyəsən 44 günlük Vətən müharibəsində aldığı sarsıdıcı zərbənin təsirini unudub və yenidən "Dəmir Yumruğu" başı üzərində görmək istəyir".
Süleyman