AZ

İsrail Qəzzadan girovları azad edənə qədər dayanmayacaq - Katz

İsrail Qəzzadan girovları azad edənə qədər dayanmayacaq - Katz

İsrail HƏMAS-a qarşı əməliyyatını radikalların saxladığı bütün girovların azad edilməsinə nail olana qədər davam etdirəcək. AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə yəhudi dövlətinin müdafiə naziri İsrael Katz açıqlama verib.O, X-də yazıb: "Girovlarımız azad edilənə və HƏMAS artıq Qəzza zolağına nəzarət etməyənə, İsrail və israillilər üçün heç bir təhlükə yaratmayana qədər dayanmayacağıq".Katz qeyd edib ki, İsrail HƏMAS-la ilə mübarizə aparır və HƏMAS-ı məğlub edəcək, lakin Qəzzada mülki şəxslərlə döyüşmür və mülki şəxslərə zərəri minimuma endirmək üçün beynəlxalq hüququn tələb etdiyi hər şeyi edir: “Ancaq HƏMAS mülki geyimdə, mülki binalardan və mülki şəxslərin arxasından döyüşəndə ​​mülki əhalini təhlükə qarşısında qoyur və onlar dəhşətli bədəl ödəyirlər. Buna görə də biz qəzzalıları döyüş bölgələrini boşaltmağa çağırırıq”, - deyə nazir əlavə edib.

Seçilən
9
afn.az

1Mənbələr