AZ

İlkin Fikrətoğlu: Azərbaycan futbolunun sirlərini məzara apardı - VİDEOSÜJET

AFFA-nın keçmiş baş katibi Çingiz İsmayılov dünən 90 yaşında vəfat edib.

Daha əvvəl pnevmoniya səbəbindən xəstəxanaya yerləşdirilən mərhum bu gün Bakıda dəfn olunacaq.

Ç.İsmayılov 1935-ci ildə Bakıda doğulub. Qapıçı 1955-1962-ci illərdə “Neftçi”nin şərəfini qoruyub.

Bundan başqa, Bakının və Gəncənin “Dinamo”, habelə “Neft daşları” komandalarında çıxış edib.

1994-cü ildə AFFA-nın baş katibi seçilib. 9 il ölkənin ali futbol qurumunda çalışıb. O, 2022-ci ildə “Tərəqqi” medalı ilə təltif edilib.

“Sportinfo TV“nin redaktoru İlkin Fikrətoğlunun 5 il əvvəl - Çingiz İsmayılovun 85 illiyinə həsr etdiyi videosüjeti yenidən təqdim edirik.

Oxucuların istəyini nəzərə alaraq, həmin videosüjeti bir daha diqqətinizə çatdırırıq.

VİDEONU BU LİNKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
20
sportinfo.az

1Mənbələr