AZ

Ermənistan-Türkiyə sərhədi açılıb - 10 günlük

Ermənistan-Türkiyə sərhədi Suriyaya humanitar yardım göndərmək üçün 10 günlük açılıb.

Marqara sərhəd-keçid məntəqəsinin açılması Türkiyə rəsmilərilə müzakirə edilib, Xarici işlər nazirliyinin sözçüsü Ani Badalyan deyib.

Azərbaycanda hökumətyönlü media Türkiyəni Alican-Marqara keçid mənqətəsini açmağa razılaşdığına görə tənqid edib.

Səbəb isə o göstərilir ki, Ermənistan Azərbaycandan Naxçıvana quru əlaqəni təmin edəcək Zəngəzur dəhlizinin reallaşmağına maneələr törədir, yerli media yazır.

Martın əvvəlində Ermənistan hökuməti bir qrup türkiyəli jurnalisti ölkəyə dəvət edib. Jurnalistlər Marqara keçid mənqətəsinə də aparılıb.

Bu sərhəd keçid məntəqəsi ilk dəfə deyil ki, açılır.

2023-cü ilin fevralın 6-da Türkiyədə baş vermiş zəlzələdən sonra bu sərhəd-keçid məntəqəsi iki dəfə humanitar yardım göndərmək üçün istifadə edilib.

Videonu YouTube kanalımızda izləyin.

Seçilən
16
bbc.com

1Mənbələr