Bakı. Trend:
Ermənistan parlamentinin Avrointeqrasiya komissiyası ölkəninAvropa İttifaqına üzvlüyü prosesinin başlanılnması haqda qanunlayihəsini təsdiq edərək, əsas oxunuşda qəbul olunması üçün onusessiyanın gündəminə daxil edib.
Trend xəbər verirki, bu haqda Ermənistan KİV məlumat yayıb.
Belə bir qərar Ermənistan parlamentinin Avropa inteqrasiyasıməsələləri üzrə daimi komissiyasının növbədənkənar iclasında qəbulolunub.
"Avropa inteqrasiyası ilə bağlı qanun layihəsinin Ermənistanparlamentinin iclas gündəminə daxil edilməsi barədə qərar səsçoxluğu ilə qəbul edilib. Komissiya layihəni sabah başlayacaqparlament iclaslarının gündəminə çıxaracaq", – deyə komissiya sədriArman Eqoyan müzakirələr zamanı bildirib.