AZ

Putini kim dayandıra bilər? -Tramp açıqladı

Vətəninfo.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp prezident təyyarəsində “Outkick” portalına müsahibəsində növbəti dəfə Rusiya prezidenti Vladimir Putindən danışıb. Onun sözlərinə görə, Rusiyanın Gürcüstan və Krımda hərbi əməliyyatları prezident Corc Buş və prezident Barak Obamanın dövründə baş verib, Ukraynada isə müharibə Co Bayden ABŞ-da hakimiyyətdə olanda başlayıb. “Dünyada məndən başqa heç kimin Putini dayandıra biləcəyini düşünmürəm və mən də onu dayandıra biləcəyimi düşünürəm”. “Biz çoxlu rasional müzakirələr apardıq və mən sadəcə istəyirəm ki, insanlar ölməyi dayandırsınlar. Hər həftə 2500 kiçik uşaq ölür və onlar ruslar və ukraynalıdırlar”, – Tramp deyib.

Respublikaçı lider dəfələrlə Obamanı Rusiyanın Ukraynadakı təcavüzünə və 2014-cü ildə Krımın ilhaqına qarşı kifayət qədər güclü olmadığına görə tənqid edib.Tramp həmçinin vurğulayıb ki, Obama administrasiyası Rusiyaya ciddi nəticələr olmadan Krımı işğal etməyə icazə verib və bu, Qərbin təhlükəsizliyi üçün dəhşətli nəticələr verə bilərdi.

Ağ Evin hazırkı rəhbəri də dəfələrlə Ukraynadakı müharibənin Co Baydenin siyasətinin nəticəsi olduğunu bildirib. Ən məşhur belə bəyanatlardan biri 2022-ci ilin fevralında, Rusiyanın Ukraynaya genişmiqyaslı işğalına başlamasından dərhal sonra edilib. Tramp deyib ki, “bu müharibə Baydenə görə başlayıb” və o, prezident qalsaydı, münaqişə baş verməzdi. O, həmçinin Baydenin Əfqanıstandakı hərbi missiyanı dayandırmaq qərarını tənqid edib və hesab edib ki, bu, ABŞ-ın zəifliyini göstərir və Rusiyanı təcavüzə sövq edə bilər.

Seçilən
24
veteninfo.az

1Mənbələr