AZ

Sabunçuda narkotik maddə müsadirə edilib

Yazını böyüt
Yazını kiçilt

Bakının Sabunçu rayonunda Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin əməliyyat aparatının və Daxili İşlər Nazirliyinin birgə əməliyyatı nəticəsində yarımkilodan çox narkotik maddə aşkar edilib.

Hafta.az xəbər verir ki, bu barədə hər iki dövlət qurumunun birgə məlumatında bildirilir.

Əməliyyat-axtarış tədbiri çərçivəsində Ağayev Dilavər Məhərrəm oğluna məxsus 528,025 qram heroin, 31,48 qram qurudulmuş marixuana və 317,322 qram metamfetamin Sabunçu rayonu, Maştağa qəsəbəsi, M.Şəfai küçəsi 210 ünvanında aşkar edilib və götürülüb.

Faktla bağlı araşdırmalar davam edir.

Seçilən
12
hafta.az

1Mənbələr