Yazını böyüt
Yazını kiçilt
Bu gün günorta saatlarında evə buraxılan Roma Papası Fransisk Azərbaycan və Ermənistanın sülh sazişinin yekun mətni üzrə razılığa gəlməsini alqışlayıb.
Hafta.az xəbər verir ki, bu haqda Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda bildirilir:
"Ermənistan və Azərbaycanın sülh sazişinin yekun mətni üzrə razılaşmasından məmnunam. Bu sazişin mümkün qədər tez imzalanacağına və beləliklə, Cənubi Qafqazda davamlı sülhün bərqərar olunmasına töhfə verəcəyinə ümid edirəm”.