Bu gün Kiyevin Dniprovskoqo rayon Mədəniyyət Mərkəzində Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı,
Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu, Dünya Azərbaycanlıları Beynəlxalq Fondu və Kiyev Şəhər Administrasiyasının mədəniyyət departamentinin dəstəyilə Novruz Bayramı tədbiri keçirilib.
XəzərNews.az xəbər verir ki, tədbirdə Ukrayna Azərbaycanlıları Radasının direktoru Elşad İbrahimov, Ukraynanın xalq artisti Qurban Abbasov iştirak ediblər.
Tədbirdə çıxış edən Elşad İbrahimov müharibə şəraitinə baxmayaraq belə tədbirlərin keçirilməsini yüksək qiymətləndirib. E.İbrahimov Azərbaycan xalqı və Ukraynada yaşayan azərbaycanlılar olaraq sona qədər haqlı tərəfin - Ukraynanın yanında olacaqlarını qeyd edib.
Novruz bayramının adət-ənənələrinin təbliği ilə davam edən tədbir musiqi sədaları altında başa çatıb.

Xəbər 1053 dəfə oxunub.