Bakı. Trend:
Azərbaycanın gimnastları Mədinə Mustafayeva və Vladimir DolmatovPortuqaliyanın Kantanhede şəhərində keçirilən "Aerobikagimnastikası üzrə Dünya Kuboku"nda uğurla çıxış ediblər.
Trend xəbərverir ki, bu barədə Azərbaycan Gimnastika Federasiyası məlumatyayıb.
Bildirilib ki, onlar qarışıq cütlük proqramında qızıl medalqazanıblar.
Hakimlərdən 19.350 xal alan idmançılarımız fəxri kürsünün ənyüksək pilləsinə qalxıblar.