AZ

Səudiyyə Ərəbistanında Rusiya-ABŞ danışıqları başladı (ƏLAVƏ EDİLİB)

Bakı. Trend:

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda yerləşən “TheRitz-Carlton” hotelində ABŞ və Rusiya nümayəndə heyətləri arasındadanışıqlar start götürüb.

Trend xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Görüş bağlı qapılar arxasında keçirilir.

Səudiyyə krallığının Təhlükəsizlik Xidmətinin əməkdaşları yerlivə beynəlxalq jurnalistlərə hotel ərazisini tərk etməyitapşırıb.

xxx

10:27

Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya-ABŞ nümayəndəheyətləri arasında növbəti danışıqlar mərhələsi bu gün Ər-RiyaddaBakı vaxtı ilə 11:00-da başlayacaq.

Trend xəbər verirki, bu haqda Rusiya KİV məlumat yayıb.

Görüşün Səudiyyə paytaxtında yerləşən "The Ritz-Carlton"hotelində keçiriləcəyi bildirilir. Rusiyanı görüşdə FederasiyaŞurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri QriqoriKarasin və Federal Təhlükəsizlik Xidmətinin direktorunun müşaviriSergey Beseda təmsil edəcək.

ABŞ nümayəndə heyətinin tərkibinə isə Dövlət Departamentininsiyasi planlaşdırma direktoru Maykl Enton, Ukrayna üzrə xüsusinümayəndə Kit Kelloqun köməkçiləri və milli təhlükəsizlik müşaviriMayk Uolts daxildir.

Ukrayna və ABŞ arasında Ər-Riyadda keçirilən danışıqlar 23 marttarixində baş tutub. Fasilələrlə beş saat davam edən görüş zamanı,o cümlədən, enerji obyektlərinin və infrastrukturuntəhlükəsizliyinə dair təkliflər müzakirə olunub. Ukrayna prezidentiVolodimir Zelenski danışıqların kifayət qədər faydalı keçdiyinivurğulayıb.

Məqalədə:
Seçilən
11
6
az.trend.az

7Mənbələr