Ukrayna münaqişəsinin nizamlanması üzrə Rusiya-ABŞ nümayəndə heyətləri arasında növbəti danışıqlar mərhələsi bu gün Ər-Riyadda Bakı vaxtı ilə 11:00-da başlayacaq.
Bu haqda Rusiya KİV məlumat yayıb.
Görüşün Səudiyyə paytaxtında yerləşən “The Ritz-Carlton” hotelində keçiriləcəyi bildirilir. Rusiyanı görüşdə Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Qriqori Karasin və Federal Təhlükəsizlik Xidmətinin direktorunun müşaviri Sergey Beseda təmsil edəcək.