AZ

Rusiyada giləmeyvənin qiymətləri kəskin bahalaşıb 

Rusiyada giləmeyvənin qiymətləri kəskin artıb. 

AzPost bildirir ki, artım il ərzində 30-40% təşkil edib ki, bu da rəsmi inflyasiyanı xeyli üstələyir.

Mütəxəssislərin fikrincə, ölkə əsasən ABŞ və Avropadan 75%-ə qədər təzə və 95%-ə qədər dondurulmuş giləmeyvə idxal edir.

Eyni zamanda, yerli istehsal tələbatın cəmi 20%-ni ödəyir. 2023-cü ildə ölkəyə 140 min tondan çox giləmeyvə idxal edilib, yerli dondurulmuş giləmeyvə isə cəmi 20,7 min ton istehsal edilib. Qiymətlərdə artım tendensiyası davam edir.

Seçilən
10
azpost.info

1Mənbələr