AZ

Roma Papasının xəstəxanadan çıxma tarixi məlum olub » AzadMedia.az


BBC xəbər verir ki, Roma Papasının xəstəxanadan çıxma tarixi məlum olub. Papa Fransiskin yanına gələn həkimlər onu bir aydan çox müalicə aldığı Gemelli xəstəxanasından bazar günü çıxaracaqlarını bildiriblər.
88 yaşlı pontifik ikitərəfli pnevmoniyadan əziyyət çəkdikdən sonra sağalır. Həkimlər bildiriblər ki, onun artıq stasionar müalicəyə ehtiyacı yoxdur, tam sağalması üçün ən azı iki ay istirahət lazımdır.

Xatırladaq ki, Roma Papası fevralın 14-dən səhhətinin kəskin şəkildə pisləşməsi ilə əlaqədar xəstəxanadadır. Keçən həftə Vatikan tərəfindən yayımlanan bir fotoşəkildən başqa o, o vaxtdan bəri ictimaiyyət arasında görünmür.

Cümə günü kardinal Viktor Fernandez qeyd edib ki, Papa uzun sürən oksigen terapiyasından sonra "danışmağı yenidən öyrənməli" olacaq.

- Ata çox yaxşıdır, amma böyük dozada oksigen hər şeyi qurudur. Reuters Vatikanın doktrinal şöbəsinin rəhbəri kardinal Fernandesdən sitat gətirib: "O, yenidən danışmağı öyrənməli olacaq, lakin onun ümumi fiziki vəziyyəti əvvəlki kimidir".

Bundan əlavə, kardinal Fernandez pontifikin öz sələfi XVI Benediktin nümunəsini götürüb taxtdan imtina edə biləcəyi ilə bağlı fərziyyələri rədd etdi.
Seçilən
20
1
azadmedia.az

2Mənbələr