İranın xarici işlər naziri Abbas Əraqçi bu gün rəsmi səfərlə Ermənistana gələcək.
AzPost bildirir ki, o, Ermənistan hakimiyyəti ilə ikitərəfli münasibətləri və Cənubi Qafqaz regionunda baş verən son hadisələri müzakirə edəcək. Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi deyib.
İran XİN-in Teleqram kanalının məlumatına görə, Bəqai İranın qonşuları arasında ikitərəfli əlaqələr və regionda baş verən dəyişikliklərlə bağlı davam edən məsləhətləşmələr çərçivəsində ölkəmizin xarici işlər naziri bazar ertəsi İrəvana səfər edəcək.
Əraqçi Ermənistanın xarici işlər naziri, o cümlədən Ermənistanın baş naziri və digər hökumət rəsmiləri ilə görüşəcək.