AZ

“Pantsir-S” ZRTK-lər Rusiya Silahlı Qüvvələrinə təhvil verilib – VİDEO

“Rostex” Dövlət Korporasiyasının “Yüksək Dəqiqlikli Komplekslər” holdinqi dövlət müdafiə sifarişi çərçivəsində “Pantsir-S” zenit raket-top komplekslərini (ZRTK) Rusiya Silahlı Qüvvələrinə təhvil verib.

“Poliqon” “Rostex”ə istinadən xəbər verir ki, “Pantsir-S”lər lazımi sınaqlardan keçdikdən sonra inventara daxil edilib.

Xatırladaq ki, “Yüksək Dəqiqlikli Komplekslər” holdinqi cari ilin fevral ayında Əbu-Dabi şəhərində keçirilmiş IDEX-2025 sərgisində “Pantsir” ailəsinin ən son üzvü olan “Pantsir-SMD-E”ni ölkə xaricində ilk dəfə təqdim edib.

“Pantsir-SMD-E”, sənaye və inzibati obyektləri kütləvi dron hücumlarından qorumaq üçün nəzərdə tutulub. Kompleks orta və qısa məsafədə hava hədəflərini aşkar edib vurmaq, həmçinin avtomatik rejimdə atəşin effektivliyini qiymətləndirmək qabiliyyətinə malikdir.

Buraxılış qurğusunun sursat yükü 48 ədədə qədər qısa mənzilli və ya 12 ədədə qədər standart zenit idarəolunan raketə çata bilər. Bununla belə, buraxılış qurğusunda olan raketlərin sayı standart və mini raketlərin birgə istifadəsindən asılı olaraq dəyişə bilər.

Seçilən
125
poliqon.az

1Mənbələr