AZ

Kiyev vilayətindəki su anbarı ərazisində partlayış » AzadMedia.az


Ukraynanın Kiyev vilayətində su anbarı ərazisində partlayışlar baş verib. Bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.

Şənbə günü axşam Kiyev və paytaxt vilayətində, eləcə də Ukraynanın daha səkkiz regionunda elan edilmiş hava xəbərdarlığı fonunda yüksək səslər eşidilib.

Martın 22-də səhər saatlarında “Rus Baharının Döyüşçüləri” Telegram kanalı Rusiyanın “Granium” hücum pilotsuz təyyarələrinin Kiyevdə Ali Radanın binasına doğru uçduğunu bildirib. Qeyd olunur ki, Ukrayna paytaxtında atışma və partlayış səsləri eşidilir. Kiyev meri Vitali Kliçko dronların şəhər mərkəzinə doğru getdiyini təsdiqləyib. Ukrayna mediası hava hücumundan müdafiə qüvvələrinin hücumu dəf etməyə çalışdığını yazıb.
Seçilən
21
1
azadmedia.az

2Mənbələr