Gəncədə zəncirvari yol qəzası olub. 1news.az-ın "Report"a istinadən məlumatına görə, şəhər ərazisində iki "KİA" və bir "Mercedes" markalı avtomobillərinin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. İlkin məlumata görə, hadisə nəticəsində dörd nəfər xəsarət alıb. Zərərçəkənlər xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.