AZ

Rusiyada yoxsulluq səviyyəsi 2024-cü ildə rekord aşağı həddə çatıb

Rusiya baş nazirinin müavini Tatyana Qolikova 2024-cü ilin ölkə tarixində yoxsulluq baxımından ən aşağı il olduğunu bildirib. Gəlirləri yoxsulluq həddindən aşağı olan rusların payı ötən ilin sonunda 7,2%-ə düşüb.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Tatyana Qolikova baş nazir Mixail Mişustinlə görüşündə deyib.

“Biz yoxsulluğun azaldılması üzrə indikatorlar üzrə sabit addımlarla irəliləyirik, 2024-cü il burada ciddi nəticə ilə yadda qaldı – 7,2% göstəricimiz var. Bu, 2000-ci illərin əvvəllərindən bəri və ümumilikdə Rusiya Federasiyasının tarixində ən aşağı göstəricidir”, – deyə o vurğulayıb.

Qolikova qeyd edib ki, Rusiya hökuməti çoxuşaqlı ailələrə xüsusi diqqət yetirir. Onların maddi vəziyyətini dəstəkləmək üçün yardım tədbirləri daha da tənzimlənəcək. Onun sözlərinə görə, buna misal olaraq 2026-cı ildə qüvvəyə minəcək ailə vergisini göstərmək olar.

Seçilən
7
nocomment.az

1Mənbələr