AZ

Peskov: Kim Çen Inın Rusiyaya səfəri diplomatik kanallarla razılaşdırılacaq

Şimali Koreya lideri Kim Çen Inın Rusiyaya səfəri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.

NOCOMMENT.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov brifinq zamanı deyib.

“Bilirsiniz ki, Kim Çen Inın Rusiya Federasiyasına səfər etmək üçün etibarlı dəvəti var. Tarixlər diplomatik kanallar vasitəsilə razılaşdırılacaq. Biz hələlik bəyanatla bağlı açıqlama verməyə hazır deyilik”, – Kreml nümayəndəsi bildirib.

Qeyd edək ki, martın 21-də Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Kim Çen Inla görüşüb. O, Rusiya prezidenti Vladimir Putinin Şimali Koreya rəhbərinə mesajını çatdırıb.

Seçilən
0
nocomment.az

1Mənbələr