Avropanı daha qaranlıq günlər gözləyir və region ölkələri müdafiə xərclərini artırmalıdır.
Publika.az xəbər verir ki, Böyük Britaniyanın baş naziri Key Starmer bu barədə “The New York Times”a (NYT) müsahibəsində bildirib .
“Hamımız sülh dividentləri ilə əyləndik, lakin indi Avropa daha qaranlıq bir dövrə keçir”, - Britaniya hökumətinin başçısı qeyd edib.
Eyni zamanda, Starmer "öz bəyanatı ilə heç kimi qorxutmaq istəmədiyini" vurğulayıb, lakin Avropanın müdafiə və təhlükəsizlik haqqında "daha ciddi" düşünməsi lazım olduğuna diqqət çəkib.