Antoni İspaniyada daha bir il qalmaq şansına malikdi.
"Football-plus.az" xəbər verir ki, “Betis” rəhbərliyi brazilyalı futbolçunu daha bir mövsüm sıralarında saxlamaq istəyir.
İnsayder Fabritsio Romanonun məlumatına görə, İspaniya klubu bunun üçün yollar axtarır. Yaxın vaxtlarda klub rəhbərliyi bu məsələ ilə bağlı “Mançester Yunayted”lə danışıqlara başlayacaq.
Antoni MY-dən icarə əsasında “Betis”ə qış “transfer pəncərəsi”ndə keçib. Onun icarə müddəti mövsümün sonuna qədərdi.