UEFA Millətlər Liqasında 1/4 final mərhələsinə ötən gecə yekun vurulub.
Fanat.Az xəbər verir ki, beləliklə turnirin yarımfinalçıları müəyyənləşib.
Fransa, Almaniya, Portuqaliya və İspaniya qalib adı uğrunda mübarizəni davam etdirəcəklər. Final uğrunda oyunlarda Almaniya Portuqaliya ilə, Fransa isə İspaniya ilə qarşılaşacaq.
Yarımfinal mərhələsinin oyunları Almaniyada keçiriləcək.
Millətlər Liqası
Yarımfinal
4 iyun
Almaniya - Portuqaliya
5 iyun
İspaniya - Fransa