AZ

"Real" və PSJ "Liverpul" oyunçusu üçün mübarizə aparacaq

"Liverpul"un müdafiəçisi İbrahima Konate yay transfer pəncərəsində klubunu dəyişə bilər.

90deqiqe.Az-ın "Football Insider"ə istinadən verdiyi xəbərə görə, Mersisayd klubu ilə yeni müqavilə ilə bağlı danışıqlarda hələlik heç bir irəliləyiş əldə etməyən Konate ilə "Real Madrid" və Fransanın PSJ klubu ciddi maraqlanır.

Hər iki klub artıq futbolçunun agenti ilə danışıqlara başlayı və ilk təkliflərini bildirib.

Bu mövsüm 25 yaşlı Konate bütün turnirlərdə 34 matçda meydana çıxıb, iki qol vurub və iki məhsuldar ötürmə edib. Konatenin "Liverpul"la hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. Transfermarkt mütəxəssisləri müdafiəçinin qiymətini 60 milyon avro qiymətləndirib.

Seçilən
8
90deqiqe.az

1Mənbələr