AZ

Keyn İngiltərə nəhənginə keçə bilər

"Bayern Münhen"in hücumçusu Harri Keyn İngiltərə Premyer Liqasına qayıtmaq istəyir. 

Fanat.Az xəbər verir ki, informasiyanı "El Nacional" yayıb.

Xəbərə görə, 31 yaşlı oyunçu cari mövsümün sonunda öz ölkəsinə qayıdıb karyerasını orada bitirmək istəyir. Mənbə "Tottenhem"in yetirməsinin xidmətində "Liverpul"un maraqlı olduğunu vurğulayıb. Almaniya nəhənginin britaniyalı bombardiri buraxmaq niyyətində olmadığı, lakin Harrinin şəxsi qərarının böyük önəm daşıyacağı bildirilib.

Qeyd edək ki, Keyn bu mövsüm "Bayern" forması ilə 37 oyuna çıxaraq 32 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb. Onun Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. 

Seçilən
11
fanat.az

1Mənbələr